Nizami Paşayevin baş məşqçilikdə ilk uğuru
22.05.2009 - 19:38
Nizami Paşayevin baş məşqçilikdə ilk uğuru
Azərbaycanın ən güclü ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayev baş məşqçi kimi ilk uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, onun yetirməsi Nailxan Nəbiyev (77 kq) Tailandın Çanq May şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında fəxri kürsüyə yüksəlib.

Birdən 130 kq, təkanla isə 157 kq qaldıran Nailxan yarışın bürünc mükafatına sahib çıxıb. Nicat Rəhimovun (69 kq) mükafatçılar sırasına düşməsinə rəqibindən 1 kq az qaldırması maneçilik törədib.

Azərbaycanı dünya çempionatında ümumilikdə 8 atlet təmsil edir. Qarşıdakı 2 gündə daha iki idmançımız podiuma çıxacaq. Həmyerlilərimiz mayın 26-da Vətənə dönəcəklər.

Qeyd edək ki, dünya çempionatı gələn il Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
0