Azərbaycan futbolçuları 3917 metrlik dağın ətəyində - FOTO
27.05.2009 - 11:25
Azərbaycan futbolçuları 3917 metrlik dağın ətəyində - FOTO
Azərbaycan futbol yığması Türkiyə ilə beynəlxalq yoldaşlıq görüşünün hazırlığına başlayıb. Apasport.az saytının məlumatına, milli komandamızın üzvləri Kayseri şəhərində bir araya gəliblər.

Mayın 25-də bu şəhərə yollanan Berti Foqtsun yetirmələri Ərciyəs dağının ətəyində təmrinləri yerinə yetirirlər. 3917 metr hündürlüyə malik Ərciyəs dağı yığmamızın məşqinə xüsusi rəng qatır. AFFA-nın fotoqrafı Eldəniz Bədəlov bu mənzərəni obyektivin yaddaşına köçürüb.

Qeyd edək ki, “ay-ulduzlular”la matç iyunun 2-də Bakı vaxtı ilə saat 22:00-da “Kadir Has” stadionunda start götürəcək.
0