“Qarabağ” “Gəncə”ni məğlub etdi - FOTOSESSİYA
02.06.2009 - 15:19
“Qarabağ” “Gəncə”ni məğlub etdi - FOTOSESSİYA
Gəncə Regional Futbol Federasiyasının təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə yeniyetmələr arasında keçirilən turnirin qalibi məlum olub. Apasport.az saytının məlumatına görə, birinci yeri Gəncənin “Qarabağ” komandası tutub.

Yarışda 1994/1995-ci il təvəllüdlü futbolçulardan ibarət 13 komanda mübarizə aparıb.
Finalda isə Gəncənin iki komandası üz-üzə gəlib. Nəticədə Gənclər və İdman İdarəsi nəzdində Uşaq Gənclər İdman Məktəbinin “Qarabağ” komandası “Gəncə”ni 3:0 hesabı ilə məğlub edib.

Qaliblər Gəncə Regional Futbol Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.
0