AFFA futbolçuları Tofiq Bəhramovun yanına göndərdi - FOTOSESSİYA
04.06.2009 - 11:47
AFFA futbolçuları Tofiq Bəhramovun yanına göndərdi - FOTOSESSİYA
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Azərbaycan – Uels və iyunun 9-da təşkil olunacaq Azərbaycan – İspaniya yoldaşlıq görüşünə hazırlıq məqsədilə AFFA tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hər iki qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında və VİP bölməsində millimizin üzvlərinin böyük plakatları yerləşdirilib. Yığma oyunçularının şəkilləri olan bu plakatlar artıq əfsanəvi hakimin abidəsinin arxasında yerləşdirilib.
0