Kartoziyanın xatirəsi üçün 6 azərbaycanlı
05.06.2009 - 14:10
Kartoziyanın xatirəsi üçün 6 azərbaycanlı
Sabah Tbilisidə Gürcüstanın tanınmış güləşçisi, olimpiya və dünya çempionu Givi Kartoziyanın xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə beynəlxalq turnir start götürəcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda 6 idmançımız da qüvvəsini sınayacaq.

Məşqçi Akif Əliyevin rəhbərliyi altında tatami üzərinə Vaqif Hüseynov (55 kq), Kamran Məmmədov (60 kq), Rəşid Bünyadov (60 kq), Tural Hüseynov (66 kq), Elgiz Məmmədov (84 kq) və Vüqar Mirzəyev (96 kq) çıxacaq. Vaqif Zeynallı və Fəraqət Cəlalov isə turnirə hakim qismində qatılacaq.

Yarışa iyunun 7-də yekun vurulacaq.
0