Ronaldonu Dünya gözəli seçdilər - FOTO
08.06.2009 - 12:23
Ronaldonu Dünya gözəli seçdilər - FOTO
Dünya çempionatının seçmə mərhələsində baş tutan Albaniya - Portuqaliya matçı kuryoz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, albaniyalı azarkeşlər qarşılaşma zamanı əvvəlcədən hazırladıqları maraqlı plakatı qaldırıblar.

“Kriştiano Ronaldo 2010-cu ilin dünya gözəlçəsidir” sözləri əks olunan plakat futbolçunun şəkli ilə də bəzənib. Onlar qonaq komandaya psixoloji təsir etmək üçün, həmçinin ilk matçda artistcəsinə yerə yıxılmaqla rəqibin qırmızı vərəqə almasına səbəb olan 24 yaşlı yarımmüdafiəçini məsxərəyə qoyublar.

Plakatdakı təsvirdə əlində bir dəstə qızılgül, üzündə təbəssüm olan Ronaldonun başında tac da var. Gözəllik müsabiqələrinin qaliblərinə verilən bu tacı futbolçunun başında təsvir edən albaniyalılar ona gözəl və yaraşıqlı don geydiriblər. Təbii ki, donun üstündən diaqonal asılan lentin üzərində də “Dünya gözəlçəsi - 2010” yazılıb.

Qeyd edək ki, komandalar arasındakı ilk oyunda Ronaldoya görə qırmızı vərəqə alan və az sonra Ağdamın “”Qarabağ” klubuna transfer olunan Admir Teli bu görüşdə meydana çıxmayıb.
0