“Barselona”nın futbolçusu: Sizdə hamı müdafiə olunur, sonra hücuma keçirlər - VİDEO
08.06.2009 - 13:22
“Barselona”nın futbolçusu: Sizdə hamı müdafiə olunur, sonra hücuma keçirlər - VİDEO
“Əlbəttə, bizim üçün Azərbaycanla oyunun əhəmiyyət var. Hər matçöncəsi ciddi məşq edərək, meydançaya çıxırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya yığmasının heyətində Bakıya təşrif buyurmuş “Barselona”nın yarımmüdafiəçisi Serxi Buskets deyib.

Sabah Azərbaycan milli komandası ilə beynəlxalq yoldaşlıq görüşündə qarşılaşacaq Pireney yarımadası təmsilçiləri bu gün mətbuat konfransı keçiriblər. Raul Albiol və Xose Manuel Reyna ilə birgə tədbirə qatılan Buskets yığmamızla matçın vacibliyini bildirib: “Azərbaycan komandasının ciddi uğurları olmasa da, onlarla görüş bizə vacibdir. Bildiyiniz kimi, biz Konfederasiyalar Kubokuna hazırlaşırıq”.

“Barselona”nın üzvü onu da əlavə edib ki, Azərbaycan futbolunun özəl xüsusiyyəti var: “Yığmanızın oyunlarını bir az izləmişik. Sadəcə, futbolunuzun bir xüsusiyyəti var ki, hamı müdafiə olunur, sonra hamı hücuma keçir”.

Qeyd edək ki, Azərbaycan - İspaniya oyununun start fiti sabah saat 21:00-da çalınacaq.
0