Lvovda 1 dəst medal
08.06.2009 - 15:31
Lvovda 1 dəst medal
Ukraynanın Lvov şəhərində yeniyetmə qızlar arasında keçirilən beynəlxalq turnir başa çatıb. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, məşqçi Arif Fərmanovun rəhbərliyi altında yarışda qüvvəsini sınayan Azərbaycan yığma komandasının üzvlərindən üçü mükafatçılar sırasına düşüb.

49 kq çəkidə mübarizə aparan Patimat Baqomedova bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib çıxıb. Yalnız finalda uduzan Kəmalə Əliyeva (46 kq) gümüş medalla kifayətlənib. 46 kq çəkidəki digər təmsilçimiz Aydan Səfərli isə turniri üçüncü yerdə başa vurub.
0