Maşallah Əhmədov: Ötən günlərimi qaytaraydılar - FOTOSESSİYA
09.06.2009 - 15:50
Maşallah Əhmədov: Ötən günlərimi qaytaraydılar - FOTOSESSİYA
Gəncədə Azərbaycan futbolunun məşhur simalarından biri Maşallah Əhmədovun 50 illik yubileyi münasibətilə “Neftçi” və “Kəpəz” komandaları arasında oyun keçirilib. Apasport.az saytının məlumatına görə, görüşdə yubilyarla yanaşı, İsgəndər Cavadov, Asif Əliyev, Novruz Əzimov, Əbdülqəni Nurməmmədov, Samir Ələkbərov, Elxan Həsənov, Mehman Allahverdiyev, Xaliq Mərdanov, Müzəffər Qasımov, Zakir Süleymanov, Xaliq Qafarov, Fərhad Hüseynov və Elbrus Qasımov forma geyiniblər.

Görüş 5:5 hesabı ilə başa çatıb. Oyunda iki topu yubilyarın özü vurub.

“Mən Gəncədə dünyaya göz açmışam və futbolda ilk addımlarımı bu şəhərdə atmışam. Çox şadam ki, yubiley matçım məhz doğma şəhərimdə təşkil olunub. Bu oyunda sanki bir az da cavanlaşdım. Keçən günlər gəldi gözlərim önünə. Mən və komanda yoldaşlarım bütün azarkeşləri sevindirəcək oyun nümayiş etdirirdik” – deyə oyundan sonra Əhmədov bildirib.


Əhmədovun 50 illik yubileyi münasibətilə veteranların oyunu AFFA, Regional Futbol Federasiyaları (RFF) və Gəncə Regional Futbol Federasiyasının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
0