Bakıda Dünya Taekvondo Federasiyasının konfransı keçirilib
09.06.2009 - 18:47
Bakıda Dünya Taekvondo Federasiyasının konfransı keçirilib
Bu gün Bakıda Dünya Taekvondo Federasiyasının (WTF) konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə WTF-nin prezidenti Çunqvon Co, bu qurumun vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər iştirak ediblər.

Konfransda bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb. Mövcud problemlərdən danışılıb, inkişaf perspektivlərinə toxunulub. Taekvondonun yay olimpiya oyunlarının proqramında saxlanılması istiqamətində müzakirələr olub.

Eyni zamanda, konfransda qərara alınıb ki, Azərbaycanda Regional Taekvando Mərkəzi yaradılsın.
0