Dünya çempionatında 1 qızıl, 2 gümüş, 2 bürünc
11.06.2009 - 09:43
Dünya çempionatında 1 qızıl, 2 gümüş, 2 bürünc
Azərbaycan idmançısı Cahangir Bayramov (+80 kq) Bakıda paralimpiyaçı taekvondoçular arasında keçirilən dünya çempionatının qalibi olub. Apasport.az saytının məlumatına görə, finalda həmyerlimiz İsrail təmsilçisi Devid Ben Elisha üzərində qələbə qazanıb. Yığma komandamızın heyətində Rəhman Ələkbərov (68 kq) və Aleksandr Polişuk (+80 kq) gümüş, Vüqar Adışirinov (80 kq) və Rövşən Qəhrəmanov (58 kq) isə bürünc medala sahib çıxıblar.
0