Cüdoçularımız Avstriyada 5 medal qazandılar
11.06.2009 - 16:26
Cüdoçularımız Avstriyada 5 medal qazandılar
Azərbaycanın yeniyetmə cüdoçuları Avstriyanın Leybnits şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıblar. Apasport.az saytının məlumatına görə, idmançılarımız arasında ən yüksək nəticəni Vüqar Şirinli (55 kq), Rasim Əsədullayev (60 kq) və Elmar Qasımov (100 kq) göstərib. Hər üç cüdoçu bütün rəqiblərinə qalib gələrək, qızıl medala yiyələnib.

Milli komandamızın heyətində Orxan Səfərov (55 kq) yalnız finalda uduzaraq, ikinci yeri tutub. 60 kq çəki dərəcəsində yarışan Mirzə Əsgərov (60 kq) isə bürünc medalla kifayətlənib.
0