9 güləşçimiz Gürcüstana gedir
12.06.2009 - 13:28
9 güləşçimiz Gürcüstana gedir
İyunun 13-də Gürcüstanda dünya çempionu Temo Kazaraşvilinin şərəfinə həsr olunan yunan-roma güləşi üzrə beynəlxalq turnir start götürəcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Rustavi şəhərində təşkil olunacaq yarışa Azərbaycan yığması 9 idmançı ilə qatılacaq.

Belə ki, məşqçilər Orxan Əliyev və Rasim Ağayevin rəhbərliyi altında qonşu ölkədə tatami üzərinə Hüseyn Abbasov (46 kq), Elvin Əliyev (46 kq), Əsəd Fərəcəliyev, Rövşən Tağıyev (hər ikisi 54 kq), Hüseynqulu Gülümcanov, Kamran Xıdırzadə, Ceyhun Əliyev (hamısı 58 kq), Babək Rəhimov, Məmmədqulu Müzəffərov, və Ceyhun Bayramov (hamısı 63 kq) çıxacaq.

Turnir iyunun 14-də başa çatacaq.
0