İki boksçumuz Qazaxıstanda çempion oldu
12.06.2009 - 15:23
İki boksçumuz Qazaxıstanda çempion oldu
Qazaxıstanın Uralsk şəhərində keçirilən beynəlxalq boks turnirinə yekun vurulub. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda mübarizə aparan milli komandamızın 2 üzvü fəxri kürsüyə yüksəlib.

Belə ki, Rəhim Nəcəfov (54 kq) və Emil Məhərrəmov (69 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələniblər. Turnirdə Nəcəfov və Məhərrəmovdan başqa daha 8 boksçumuz döyüşüb.
0