Boksçularımız Vətənə 2 qızıl, 1 gümüş, 2 bürünc medal gətirdilər
16.06.2009 - 15:01
Boksçularımız Vətənə 2 qızıl, 1 gümüş, 2 bürünc medal gətirdilər
Azərbaycan boksçularının Qazaxıstanın Uralsk şəhərində keçirilmiş beynəlxalq turnirdə çıxışı uğurlu alınıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, rinqə çıxan 11 həmyerlimizdən 5-i fəxri kürsüyə yüksəlib.

Belə ki, Rəhim Nəcəfov (54 kq) və Emil Məhərrəmov (69 kq) qızıl, Nahid Seyidov (51 kq) gümüş, Hafiz İsgəndərov (81 kq) və Elçin İsmayılov (+91 kq) isə Vətənə bürünc medalla qayıdıblar.

Turnirdə ümumilikdə, 107 boksçu qüvvəsini sınayıb.
0