“3-4 ildən sonra Azərbaycan Rumıniya səviyyəsinə çatacaq”
17.06.2009 - 11:57
“3-4 ildən sonra Azərbaycan Rumıniya səviyyəsinə çatacaq”
Bakının “Neftçi” komandasının futbolçusu Adrian Nyaqa vətəni Rumıniyada iki dostu ilə birgə restoran açıb. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, “Spazio” adlanan restoran ikimərtəbəlidir.

Birinci mərtəbədə müştərilərə italyan yeməkləri təklif edilir. İkinci mərtəbədə isə şüşədən qeyri-adi restoran və rəqs meydançası olacaq. Hələlik yalnız birinci mərtəbə fəaliyyətdədir.

Bu ilin yanvarında “Neftçi” ilə ilyarımlıq müqavilə bağlayan Nyaqa klubu barədə də danışıb: “Biz ötən mövsümü 8-ci pillədə başa vurduq. Yeni mövsümdə isə məqsədimiz titul qazanmaqdır. “Neftçi” keçmiş SSRİ dövründə yaradılıb və böyük ənənələrə malikdir. 3-4 ildən sonra Azərbaycan Rumıniya səviyyəsinə çatacaq. Ötən ilin noyabrında klubda qalmaqallar baş verib. Buna görə “Neftçi”nin çıxışı zəif alınıb”.

30 yaşlı hücumçu “Neftçi”dəki durumundan razı qaldığını da bildirib.
0