Kliçko çempion titulunu qorudu
21.06.2009 - 14:58
Kliçko çempion titulunu qorudu
Ukraynanın ağr çəkili boksçusu Vladimir Kliçko İBF (Beynəlxalq Boks Federasiyası) və WBO ( Ümumdünya Boks Təşkilatı) versiyalarında dünya çempionu titulunu qoruyub. Lent.az-ın məlumatına görə, Kliçko bu nailiyyəti Özbəkistan boksçusu Ruslan Çaqayev üzərində qələbə çalmaqla əldə edib.

Kliçko döyüşə əminliklə başlayıb və bütün raundlarda üstünlüyünü nümayiş etdirib. Doqquzuncu raundun sonunda Çaqayevin sekundantları döyüşü davam etdirməkdən imtina ediblər.

Kliçko - Çaqaev qarşılaşması Almaniyanın Helzenkirhen şəhərində, “Şalke” futbol klubunun stadionunda baş tutub.

2009-cu il mayın 30-da Çaqayev rusiyalı Nikolay Valuyevlə qarşılaşmalıydı, lakin özbək boksçusunda Hepatit virusu aşkarlandığı üçün döyüş ləğv edilmişdi. Bundan dərhal sonra Kliçko, həkimlərin “yoluxucu virus” xəbərdarlığına baxmayaraq, Çaqayevlə döyüşməyə hazır olduğunu bəyan etmişdi.
0