Otel otağı, 3 xanım, səhərədək kef...
22.06.2009 - 10:21
Otel otağı, 3 xanım, səhərədək kef...
Dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldonun möhtəşəm gecə həyatı davam edir. Apasport.az saytının məlumatına görə, bir müddət öncə “Mançester Yunayted”i “Real”a dəyişən 24 yaşlı yarımmüdafiəçinin sorağı bu dəfə ABŞ-dan gəlib.

Belə ki, məşhur futbolçu Beverli Hills şəhərində 3 qızla səhərədək əylənib. Onun “toruna” düşən xanımlar 32 yaşlı Suzanna Çoppin, 26 yaşlı Allison Aimee və 24 yaşlı Rondur. Ronaldo əvvəlcə bu gözəlçələrlə bir otelin barında rəqs edib. Daha sonra onları qaldığı otel otağına apararaq, səhərədək kef tutub.

Hadisənin təfərrüatları haqda Allison bunları deyib: “Rəqs edirdik və Ronaldo bizə “sizi dəyərləndirəcəyəm” söylədi. Sonra çox seksual bir mahnının sədaları altında rəqs etdik. Kriştianu gözlərini məndən çəkə bilmirdi”.

Xanımlar arasında ən yaşlısı Suzanna bildirib ki, Ronaldo üçüncü qadınla öpüşdüyü halda, onlara baxırmış: “Mənə him-cim edirdi, göz vururdu. O, qadınlarla necə münasibət qurmağı yaxşı bilir”.

Allison və Suzanna Ronaldodan səhər saat 4-də ayrılıblar. Onlar evə gedərkən, futbolçunun hələ də üçüncü qadın - Ronu öpdüyünü görüblər.
0