Əməkdar məşqçi güllələndi
24.06.2009 - 15:34
Əməkdar məşqçi güllələndi
Bu gün səhər saat 8:50 radələrində Dağıstanın sərbəst güləş üzrə yığma komandasının məşqçisi Yuri Şahmuradov silahlı hücuma məruz qalıb. Lent.az-ın Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, insident Mahaçqala şəhərində Dağıstan Dövlət Pedaqoji Universitetinin İdman Sarayı yaxınlığında baş verib.

SSRİ və Rusiyanın əməkdar məşqçisi Şahmuradov məşqə yollanarkən, naməlum şəxs odlu silahdan ona atəş açıb. Ayağından yara alan məşqçi Dağıstanın Respublika xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Artıq sərbəst güləş üzrə Dağıstan yığmasının üzvü, ötən il Əli Əliyevin xatirəsinə keçirilmiş beynəlxalq turnirin qalibi Ayqum Baqomayev şübhəli şəxs qismində saxlanılıb. “İTAR-TASS” xəbər verir ki, artıq Baqomayev öz məşqçisini vurduğunu etiraf edib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
0