Yalnız Cəfərova fərqləndi
27.06.2009 - 23:17
Yalnız Cəfərova fərqləndi
Xorvatiyanın Zaqreb şəhərində oğlan və qızlar arasında təşkil olunan taekvondo üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, yarışa 14 idmançı ilə yollanan milli komandamızın üzvlərindən biri fəxri kürsüyə yüksəlməyi bacarıb. Belə ki, qızların yarışında 29 kq çəki dərəcəsində mübarizə aparan Leyla Cəfərova (29 kq) turniri bürünc medalla başa vurub.
0