Xanım üzgüçünün paltarı cırıldı, yarışdan çıxdı - FOTOSESSİYA
02.07.2009 - 12:04
Xanım üzgüçünün paltarı cırıldı, yarışdan çıxdı - FOTOSESSİYA
İtaliyanın Peskara şəhərində keçirilən Ağdəniz Oyunlarında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, yerli idmançı Flavia Zokkarinin paltarı cırıldığından, 200 metr məsafəyə üzgüçülük yarışlarında iştirak edə bilməyib.

Zokkari yarış öncəsi son təmrinləri yerinə yetirərkən, onun idman paltarı arxadan cırılıb. Starta çox az qaldığı üçün o, paltarını dəyişməyə imkan tapmayıb. Belə olan halda, xanım üzgüçü yarışdan imtina etmək məcburiyyətində qalıb.

Bu, Flaviaya çox pis təsir edib. İtaliyalı idmançı göz yaşlarını saxlaya bilməyib. Ona üzgüçülük zalında işləyən polislər təsəlli veriblər.

Turnirdən sonra isə Zokkari belə deyib: “İdman paltarımı dəyişməyə yarım saat vaxt lazımdır. Bunu çatdıra bilmədim. Çox məyusam”.
0