Seksual basketbolçu pulsuzluqdan nəyə əl atıb? - FOTO
03.07.2009 - 12:32
Seksual basketbolçu pulsuzluqdan nəyə əl atıb? - FOTO
“Beşiktaş”ın qadın basketbolçulardan ibarət komandasının sabiq üzvü Miliça Daboviç narazıdır. Apasport.az saytının məlumatına görə, serb idmançı “Beşiktaş” rəhbərliyinin işə münasibətindən şikayətçidir.

Daboviç bildirib ki, onun bir neçə ay öncə İstanbul klubundan ayrılması həvəskar idarəçilikdən irəli gəlib: “Beşiktaş” rəhbərliyi komandanın üzvlərinə həvəskarcasına yanaşırdı. Əvvəl hər şey çox gözəl gedirdi, yaxşı heyətimiz var idi. Amma sırf maddi problemlər ucbatından heyət dağıldı. Maddi çətinlik olmasaydı, asanlıqla çempion tituluna sahib çıxacaqdıq. Nəticədə mənimlə yanaşı, digər legionerlər də bir-bir klubdan ayrıldıq”.

Miliça pulsuzluğa görə, “Beşiktaş”dan ayrıldığını iddia etdiyi halda, qarşı tərəf tam ayrı fikirdədir. “Ağ-qaralılar” serb basketbolçunu çılpaq pozalar verdiyindən, komandadan qovduqlarını bildirilər. Seksual idmançı nüfuzlu kişi jurnalı FHM üçün çılpaq soyunub. Onun bu hərəkəti çoxlarını şok salıb.
0