Hesab əvəzinə sürücülük vəsiqəsini girov qoyan futbolçu kimdir? - FOTO
08.07.2009 - 16:20
Hesab əvəzinə sürücülük vəsiqəsini girov qoyan futbolçu kimdir? - FOTO
“Beşiktaş”ın futbolçusu İbrahim Toraman Antalyada maraqlı hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, zədəli olduğundan komandasının təlim-məşq toplanışına qatılmayan müdafiəçi gecə klubunda əylənməyə gedib.

O, Antalyanın “Rixos Sungate” otelinin gecə klubunda səhər saat 04:30-dək kef çəkib. Oteli tərk etmək istəyərkən ona 200 avroluq hesab təqdim olunub. Amma pul kisəsinin yanında olmadığını söyləyən Toraman hesabı ödəyə bilməyib. Məcburiyyət qarşısında qalan futbolçu sürücülük vəsiqəsini girov qoyub. Məhz bundan sonra onun oteldən ayrılmasına icazə verilib.
0