Futbolçuların sevgilisi yenə soyundu - FOTOSESSİYA
09.07.2009 - 11:07
Futbolçuların sevgilisi yenə soyundu - FOTOSESSİYA
Futbolçularla sevgi macərası yaşayan britaniyalı model Daniel Lloyd növbəti dəfə obyektivlərin önünə keçib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı gözəlçə tanınmış kişi jurnalı “Nats” üçün soyunub.

Özü də Daniel fotoçəkilişlərdə tək olmayıb. Bu dəfə onunla bərabər başqa bir model də çəkilişdə iştirak edib. Mütəxəssislərin fikrincə, Lloydla yanaşı, digər modelin iştirakı fotosessiyanın daha da seksual alınması ilə nəticələnib.

Xatırladaq ki, Daniel İngiltərə Premyer Liqasında oynayan futbolçularla sevişməsinə görə məşhurlaşıb. O, müxtəlif vaxtlarda Teddi Şeringem, Markus Bent, Cermeyn Defo, Armand Traore, Jerar Pike, Cerom Tomas, Cermen Pennant və başqaları ilə birgə olub. 2004-cü ildə İngiltərə, 2006-cı ildə isə Böyük Britaniya gözəli seçilmiş Lloyd eşq macəraları haqda kitab da yazmaq niyyətinə düşüb.
0