“Həmin vaxt Azərbaycan hökuməti futbolun hayında deyildi”
09.07.2009 - 12:50
“Həmin vaxt Azərbaycan hökuməti futbolun hayında deyildi”
“Kiyev “Dinamo”su məni “Neftçi”yə verməklə, heç də Aleksandr Jidkovla dəyişmədi. Bəli, kiyevlilər Jidkovu Bakıdan dəvət etdi. Ancaq mənim də hansısa komandaya getməyə seçimim var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq qapıçısı Mixail Mixaylov deyib.

80-ci illərin sonunda SSRİ çempionatında flaqmanın qapısını qoruyan veteran futbolçu 50 illik yubileyini qeyd edib. Kiyev “Dinamo”sunda 14 il qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirən Mixaylov hazırda Ukrayna yığmasında da eyni vəzifəni icra edir. O, Ukrayna mətbuatına müsahibəsində Azərbaycandakı dövrü də xatırlayıb: “Məni Odessanın “Çernomorets” və daha bir neçə Ukrayna klubuna dəvət edirdilər. Ancaq mən “Neftçi”yə yollandım. Və çox tezliklə seçimimə görə peşman oldum. Biz mövsümə heç də pis başlamadıq. Ancaq sonradan Ermənistan-Azərbaycan müharibəsi başladı və hər şey dəyişdi. 1988-ci ildə Qafqazda real vəziyyət gizlədilirdi. Ancaq sonradan orada əsl hərbi əməliyyatlar getdi. Belə vəziyyətdə Azərbaycan hökuməti futbolun hayında deyildi”.

Qeyd edək ki, Anatoli Demyanenko ötən il “Neftçi”nin baş məşqçi postuna keçəndən sonra Mixaylovun qayıdışı gözlənilirdi. Ancaq Mixaylov Ukrayna yığmasına getdiyindən Demyanenkoya köməkçi gəlmədi. Onun 27 yaşlı oğlu Andrey hələ Anatoli Konkovun dövründə Bakının “İnter” klubunun qapıçısı olub.
0