“Bizim məşqçilər futbolçunun necə işləməsinə yox, onun pasportuna baxırlar”
09.07.2009 - 14:50
“Bizim məşqçilər futbolçunun necə işləməsinə yox, onun pasportuna baxırlar”
Azərbaycan çempionatında oynamış ukraynalı Aleksandr Poklonski futbolçu karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, vaxtilə “Dnepr” klubunun və Ukrayna yığmasında forma geyinən 34 yaşlı müdafiəçi 2007/08 mövsümündə “Simurq”da forma geyib.

Son vaxtlar Ukrayna çempionatının birinci liqasında “Neftyanik” klubunun şərəfini qoruyan Poklonski karyerasını bitirməyə qərar verib: “Bunun lehinə və əleyhinə olanları ölçüb-biçəndən sonra peşəkar karyerama son qoymağı qərara aldım. Ancaq bu, həyatımın 25 ilini həsr etdiyim futbolla birdəfəlik qurtarmağım demək deyil. Düzünü deyəcəyəm, yenə də oynayardım. Allaha şükür, buna gücüm və sağlamlığım yetir. Ancaq təəssüf ki, bunu təsdiqləməliyəm: bizim məşqçilər və rəhbərlər oyunçunun necə işləməyinə yox, daha çox onun pasportuna baxırlar. Gələcək taleyimi məşqçilik karyeramla bağlamağı planlaşdırıram. Artıq yaxın vaxtda isə xüsusi kurslara qəbul olmağa hazırlaşıram”.
0