Ronaldinyo, arıqla!
09.07.2009 - 14:57
Ronaldinyo, arıqla!
“Milan” braziliyalı futbolçusu Ronaldinyonu pəhrizə məcbur edib. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 29 yaşlı hücumameylli yarımmüdafiəçinin arıqlamasını istəyir.

Ronaldinyo yeni mövsümə hazırlıq ərəfəsində klubun bazasına istirahətdən artıq çəki ilə gəlib. “Milan” braziliyalıdan arıqlamağı, minimum 4 kiloqram çəki atmağı tələb edir. Yeni mövsümə həftənin ilk günündə başlayan dünya çempionu məşqdə səylə, intensiv çalışsa da, kifayət qədər ağır görünürmüş. “Milan”ın baş məşqçisi Leonardo həmyerlisi üçün artıq çəkini artırmaq üçün fiziki hazırlıq üzrə köməkçisi Daniel Tonyaççini ilə birgə xüsusi məşq proqramı tərtib edib.
0