“Qalatasaray” dünya və Avropa çempionunu transfer edir
09.07.2009 - 15:39
“Qalatasaray” dünya və Avropa çempionunu transfer edir
“Qalatasaray” daha bir ulduz futbolçunu transfer etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Fransa yığmasının heyətində dünya və Avropa çempionluğunu qazanan 32 yaşlı hücumçunun keçidi ilə bağlı danışıqlara başlayıb.

“Yuventus” uzun müddət şərəfini qoruduğu Trezeqeni daha heyətə düşə bilmədiyi üçün transferə çıxarıb. “Qalatasaray”ın Fransanın “Lion” klubunun tarixinə ən bahalı transfer kimi düşən Keyta üçün 8,5 milyon avro ödəməsi bir çox menecerlərin iştahasını artırıb. Davidin satışından gəlir götürmək istəyən “Yuventus” ona görə 10 milyon avro kompensasiya istəyir. Ancaq danışıqlar müsbət yekunlaşarsa, məbləğin daha münasib səviyyəyə gələcəyi bildirilir. “Qalatasaray”ın prezidenti Adnan Polat Trezeqeni çox istəməsi transferin baş tutmaq ehtimalını yüksəldir.
0