Yuvasına qayıdan Vüqar Nadirov qıcıqlanır
09.07.2009 - 16:43
Yuvasına qayıdan Vüqar Nadirov qıcıqlanır
“Təbii ki, “Qarabağ” mənim yuvamdır. Nə zamansa bura dönəcəyimi bilirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Vüqar Nadirov deyib.

21 yaşlı hücumçu bildirib ki, aradan 4 il keçməsinə baxmayaraq yenidən komandada özünü yad hiss etmir: “Hər kəs canla-başla çalışır. Ən böyük üstünlüyümüz isə əlbəttə əla kollektivin olmasıdır. “Rusenborq”a qarşı ciddi hazırlaşırıq. Kim “Rusenborq”un adını eşidirsə heyrət edir. Əslində, bu bizi daha da qıcıqlandırır. Komandanın əksəriyyəti yığmanın üzvləridir. Çıxıb özümüzü sübut etməliyik. Nə qədər çətin olsa da, çalışmaq lazımdır. Allahın izni ilə, “Qarabağ”ı ən yaxşı halda təmsil edəcəyik”.
0