“Olimpik” braziliyalı futbolçu ilə müqavilə bağladı
09.07.2009 - 16:54
“Olimpik” braziliyalı futbolçu ilə müqavilə bağladı
"Olimpik-Şüvəlan" braziliyalı futbolçu Alves dos Santosla yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə anlaşmasını gələn ilin iyununa kimi uzadıb. Bu gün Qubaya yola düşən Alves komandasının hazırlıq prosesinə qatılıb. O, ötən il Bolqarıstanın "Belasitsa" klubundan transfer olunub.

“Olimpik-Şüvəlan”ın növbəti yoxlama oyununda rəqibi də müəyyənləşib. Bakılılar iyulun 14-də saat 17:00-da "Şəfa" stadionunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşacaq.
0