Karol Peçe: Uduzmayacağımızı bilirdik
09.07.2009 - 21:07
Karol Peçe: Uduzmayacağımızı bilirdik
“Rəqibin güclü olduğunu bilirdik. Bununla belə, ilk görüşdə qazandığımız qələbə bizə sərf edirdi.” Apasport.az saytının məlumatına görə, bunu “Spartak” klubunun baş məşqçisi Karol Peçe “İnter”lə oyun sonrası təşkil olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, bir həftə əvvəl qazanılan üstünlüyə baxmayaraq, yetirmələri sonadək vuruşmağa hazır idilər: “Rəqibimiz erkən qol vursa belə, özümüzü toparlaya bildik. Hesabda geridə olmağımıza baxmayaraq, əks-hücumlar təşkil edib ilk bərabərlik topunu vurduq. Bundan sonra daha da fəallaşdıq. Artıq ikinci qolu vurduqdan sonra uduzmayacağımızı bilirdik. Komandam azlıqda oynasa belə, layiqli qələbə qazandıq”.
0