Qadın futbolçular soyunub, dilənməyə başladılar
10.07.2009 - 14:20
Qadın futbolçular soyunub, dilənməyə başladılar
İsveçin qadın futbolçulardan ibarət “Kristianştad” klubu qeyri-adi aksiyaya başlayıb. Apasport.az saytının məlumatına görə, borc içində üzən komandanın üzvləri növbəti çempionat oyunu ərəfəsində soyunaraq, pul toplamaq niyyətinə düşüblər.

Məsələ burasındadır ki, “Kristianştad”ın xeyli borcu var. Avqustun 31-dək onlar borcu qaytara bilməsələr, birinci divizionda oynamaq hüququndan məhrum olacaqlar. Buna görə də qızlar AİK-lə görüşdən öncə arxaları fotoobyektivə olmaqla, qurşağa qədər soyunublar. Onların kürəklərində isə nömrələri yazılıb. Bununla da, qızlar komandanın maddi baxımdan lüt-üryan olduğunu göstərirlər və azarkeşləri stadionlara cəlb etməklə, bilet satışından xeyir götürmək məqsədi güdürlər.

Klubun azarkeşlərə ünvanlanan müraciətində belə deyilir: “Sizin dəstəyiniz bizim üçün həyati əhəmiyyət kəsb edir. Sizsiz futbol yoxdur!”
0