Başkəsən, qapıçı, müdafiəçi və...
11.07.2009 - 21:01
Başkəsən, qapıçı, müdafiəçi və...
Məşhur "Kurtlar Vadisi" və "Kurtlar Vadisi Pusu" teleseriallarının əsas qəhrəmanlarından olan, Memati obrazının ifaçısı Gürkan Uyğun futbol meydanlarına da baş çəkib. Apasport.az saytının türk mətbuatına istinadən məlumatına görə, filmdə hətta baş kəsməkdən, adam öldürməkdən belə çəkinməyən Memati bu dəfə həm qapıçı, həm də müdafiəçi kimi özünü sınayıb. O, hətta türk futbolunun əfsanəsi Rıdvan Dilmenin 11 metrlik penalti zərbəsini dəf etməyə çalışıb
0