Bakıda yeni futbol meydançası - FOTO
14.07.2009 - 12:44
Bakıda yeni futbol meydançası - FOTO
Bakıda AFFA tərəfindən inşa olunmuş yeni futbol meydançası istifadə verilib. Apasport.az-ın assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, Yasamal rayonundakı Ə.Haqverdiyev küçəsi, 577-ci məhəllədə tikilmiş süni örtüklü meydançanın açılış mərasimi bu gün keçirilib.

Tədbirdə AFFA-nın, Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Regional Futbol Federasiyalarının rəhbərliyi iştirak edib. Rəsmi hissə başa çatdıqdan sonra yeni istifadəyə verilmiş meydançada məhəllələrarası uşaq futbol komandalarının iştirakı ilə oyun baş tutub.
0