“Qarabağ” rəhbərliyinin diqqətinə: Bakının yox, Ağdamın klubu!
15.07.2009 - 13:52
“Qarabağ” rəhbərliyinin diqqətinə: Bakının yox, Ağdamın klubu!
“Rusenborq” klubunun Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibi “Qarabağ”ın haranı təmsil etməsindən Norveçdə xəbərsizdirlər. Apasport.az saytının məlumatına görə, norveçlilər “Qarabağ”ın Ağdam deyil, Bakı klubu olduğunu düşünürlər.

“Rusenborq”a aid saytların birində “Qarabağ”ın təqdimatı zamanı səhvə yol verilib. Klubun təmsil etdiyi məkan qismində Bakı göstərilib. “Qarabağ”ın tarixinə və uğurlarına aid məlumatlar isə düzgündür. Məsələn, norveçlilər yazıblar ki, klub 1950-ci ildə yaradılıb. Həqiqətən də “Qarabağ” 1950-ci ildə təsis olunub. Amma klubun gerbinin üstündə 1987-ci il yazılıb. Bu tarix komandanın Azərbaycan çempionatında “Qarabağ” adı altında ilk dəfə çıxış etdiyi vaxtdan götürülüb. “Qarabağ”ın 4 qat çempion (SSRİ dövründəki nəticələr də nəzərə alınmaqla), 3 dəfə isə ölkə kubokunun sahibi olmasını uzaq Skandinaviyada da bilirlər.

O ki qaldı klubun Bakı təmsilçisi kimi göstərilməsinə, bu məsələdə “Qarabağ” rəhbərliyini qınamaq lazımdır. Çünki məhz onlar “Qarabağ”, Ağdam barədə məlumatları norveçlilərə ötürməli idilər. “Qarabağ” ərazisinin müəyyən hissəsi ermənilər tərəfindən işğal olunmuş Ağdam rayonunundur. Ermənilərin təcavüzkarlığını, Ağdam torpaqlarının işğal altında olması faktını dünyada, o cümlədən Skandinaviyada təbliğat etməyə böyük ehtiyac duyulur. Yoxsa, turist qismində Norveçi gəzməyə nə var ki...

http://www.rbkweb.no/vis/6995
0