Milli komandanın bütün üzvləri təyyarə qəzasında həlak oldular
15.07.2009 - 16:35
Milli komandanın bütün üzvləri təyyarə qəzasında həlak oldular
Bu gün İranın paytaxtı Tehrandan İrəvana uçan Rusiyaya məxsus “Tu-154” təyyarəsi qəzaya uğrayıb. Apasport.az saytının məlumatına görə, “İmam Xomeyni” hava limanından qalxandan 16 dəqiqə sonra qəzaya uğrayan təyyarədə 170 insanın olduğu bildirilir. Həlak olanlar arasında idmançılar da var. Belə ki, Ermənistana təlim-məşq toplanışına yollanan cüdo üzrə yeniyetmələrdən ibarət İran milli komandanın bütün üzvləri qəza nəticəsində dünyasını dəyişiblər.
0