Fərid Mansurovun Afşin üzərində qələbəsi - FOTOSESSİYA
17.07.2009 - 19:12
Fərid Mansurovun Afşin üzərində qələbəsi - FOTOSESSİYA
Bakı İdman Sarayında mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri”nin final mərhələsində Azərbaycan yığmasına ilk qızıl medalı Fərid Mansurov qazandırıb. Apasport.az saytının məlumatına görə, olimpiya çempionumuz 66 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Öncə Fujimura Tstomunu (Yaponiya) üstələyən pəhləvanımız daha sonra Lorinys Tamaş (Macarıstan) və Beybit Nuqumanova (Qazaxıstan) qalib gəlib. O, finalda iranlı Byabanqard Afşinlə üz-üzə gəlib və çətinlik çəkmədən onun üzərində qələbə qazanıb – 3:0. Beləliklə, Fərid qızıl medala layiq görülüb.
0