2 qızıl, 2 gümüş, 4 bürünc
19.07.2009 - 21:52
2 qızıl, 2 gümüş, 4 bürünc
Sərbəst güləşçilərimiz mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsində çıxışlarını başa vurublar. Apasport.az saytının məlumatına görə, Namiq Sevdimov (55 kq) finalda yaponiyalı İnaba Yasuhiroya, Zəlimxan Hüseynov (60 kq) isə gürcü Malkaz Kurdianiyə qalib gələrək “Qızıl Qran-Pri”yə layiq görülüblər.

2009-cu il Avropa çempionu və 2009-cu il Dünya Kubokunun digər sahibi Əli İsayevlə (120 kq) Xaqan Süleymanov (66 kq) gümüş medala sahib çıxıblar. Xetaq Qazyumov, Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi - 74 kq) və Şərif Şərifov (84 kq) bürünc medallarla kifayətləniblər.

Azərbaycan Güləş Federasiyası “Qızıl Qran-pri” turnirində qızıl medallara layiq görülən güləşçilərimizə 10000, gümüş medalçılara 5000, bürünc medalçılara isə 2000 ABŞ dolları məbləğində mükafat təqdim edib.
0