Heç nəyə yaramayan qələbə...
19.07.2009 - 23:11
Heç nəyə yaramayan qələbə...
Qadınlardan ibarət Azərbaycan voleybol yığması dünya çempionatının final mərhələsindən kənarda qalıb. Apasport.az saytının məlumatına görə, milli komandamız Avropa zonasının sonuncu təsnifat mərhələsini qələbə ilə başa vursa da, Faiq Qarayevin yetirmələri qarşıya qoyulan məqsədə çata bilməyiblər.

Belə ki, komandamız Alemere şəhərində təşkil olunan yarışda Almaniya və meydan sahibi Hollandiyaya məğlub olmaqla şansını itirmişdi. Son turda Sloveniya ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazansa da, bu təsəllidən başqa bir şey olmayıb. Almaniya və Hollandiya isə qrup qalibləri kimi dünya çempionatının final mərhələsinə yüksəliblər. Mundial gələn il 29 oktyabr - 14 noyabr aralığında Yaponiyada gerçəkləşəcək.
0