“Qalatasaray” klubunun sabiq müdafiəçisi: Azərbaycanda futbol inkişaf edir, amma...
20.07.2009 - 10:13
“Qalatasaray” klubunun sabiq müdafiəçisi: Azərbaycanda futbol inkişaf edir, amma...
“Azərbaycanda çempionatın səviyyəsini yüksəltmək üçün əllərindən gələni edirlər. Orada futbol inkişaf edir, amma istənilən pilləyə qalxdığını deyə bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun türkiyəli müdafiəçisi Suat Usta deyib.

Flaqmanın üzvü Türkiyənin Kocaeli şəhərində keçirilmiş təlim-məşq toplanışı zamanı yerli jurnalistlərə müsahibə verib. O, Azərbaycanda Türkiyə Superliqasının örnək götürülməsini bildirib: “Azərbaycanda çempionatın səviyyəsini yüksəltmək üçün Türkiyə Superliqasından nümunə götürməyə çalışırlar. İnşallah, bu inkişaf prosesində bizim də payımız olar”.

Vaxtilə “Qalatasaray”ın şərəfini qorumuş Suat “Neftçi”də oynamaqdan məmnun qaldığını da gizlətməyib: “Artıq ikinci mövsümdür ki, Azərbaycandayam. Orada futbol oynamaqdan məmnunam”.
0