İvan Pexa danışdı: “Xəzər-Lənkəran”a keçdiyim üçün şadam
20.07.2009 - 10:26
İvan Pexa danışdı: “Xəzər-Lənkəran”a keçdiyim üçün şadam
“Mən “Xəzər-Lənkəran”ın heyətində yoxlama oyununda özümü göstərdim və bundan sonra klubla bir illik müqavilə bağladım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun mövsümlərarası fasilədə ilk transferi İvan Pexa deyib.

Son vaxtlar Belarusun BATE komandasında oynayan 23 yaşlı slovakiyalı müdafiəçi Türkiyədə baxışdan uğurla keçdikdən sonra Lənkəran təmsilçisinə transfer olundu. “İvan Qroznı” ləqəbini daşıyan Pexa Azərbaycanda çıxış edəcək ilk slovakiyalı oyunçu kimi futbol tariximizə düşdü. O, öz ölkə mətbuatına açıqlamasında “Xəzər-Lənkəran”a keçdiyinə görə məmnun olduğunu bildirib: “Yeni klubumun iddialı, yaxşı heyəti var. Mən şadam ki, “Xəzər-Lənkəran”ın üzvü oldum”.
0