“İnter”də ilk argentinalı
20.07.2009 - 10:44
“İnter”də ilk argentinalı
Bakının “İnter” klubunun düşərgəsinə daha bir legioner gəlib. Apasport.az saytının məlumatına görə, Bolqarıstanın Banska şəhərində təlim-məşq toplanışında olan gümüş medalçımız argentinalı Damian Ximenesi baxışdan keçirir.

Müdafiənin sağ cinahında oynayan legioner artıq “İnter”lə birgə məşqə də çıxıb. “İnter”də indiyədək argentinalı futbolçunun çıxış etmədiyini nəzərə alsaq, Ximeses tarixə düşə bilər. Baxışa gələn digər cənubi amerikalı – braziliyalı oyun qurucusu Marselo Labarte də hazırlıqda iştirak edir. “İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadzeni onları sınadıqdan sonra son qərarını verəcək. Bolqarıstan klubları ilə yoxlama oyunları keçirməyi planlaşdıran komandamızın ilk sınağı iyulun 22-də olacaq.

Qeyd edək ki, “Aleksander” mehmanxanasında məskunlaşan “İnter” gündə iki olmaqla məşqləri plana uyğun həyata keçirir. Hazırlıq prosesi öncəsi köməkçilərinin iştirakı ilə futbolçularla toplantı keçirən Sxadadze məşq prosesi haqda məlumat verib və ümumilikdə səhər məşqi zamanı verilən tapşırıqların yerinə yetirilmə səviyyəsindən razı qaldığını bildirib.
0