Dünya futbolunun 10 ən unudulmaz seks qalmaqalı - FOTO
20.07.2009 - 11:45
Dünya futbolunun 10 ən unudulmaz seks qalmaqalı - FOTO
Dünya idmanında seks qalmaqallarına tez-tez rast gəlinir. Belə olayların ən çoxu da futbolun payına düşür. Apasport.az saytı müxtəlif illərdə dünya futbolunda baş vermiş 10 ən unudulmaz seks qalmaqalını təqdim edir.

1. Pol Jeull
Bir neçə il öncə İngiltərənin “Derbi Kaunti” klubunun baş məşqçisi Pol Jeullin sarışın sevgilisi ilə cinsi əlaqəsi zamanı çəkilən şəkli mətbuata ötürülmüşdü. Şəkildə Polun “Mercedes” markalı avtomobildə bir xanımla sekslə məşğul olması nəzərə çarpırdı. Deyilənə görə, həmin qadın evli olub. Pol Jeull özü isə iki uşaq atasıdır.

2. Vaqner Lav və Robinyo
Braziliya yığmasının iki futbolçusu - Vaqner Lav və Robinyonun seks qalmaqalı onların ölkəsində gündəmi zəbt etmişdi. Məsələ burasındadır ki, məşhur oyunçular braziliyalı porno-ulduz Pamela Buttla sevişiblər. Seks zamanı çəkilən video İnternet saytlarına yerləşdirilmişdi. Pamela Butt isə olay haqqında bunları demişdi: “Mən pulumu porno filmlərdən qazanıram. Bu səbəbdən Lavla pul qarşılığında yatağa girməyim qeyri-mümkündür. Onunla dost olduğumdan bir qədər əyləndik. Daha sonra Lavın başqa bir dostunu gördüm”.

3. Kristian Vyeri
Karyerasının qürub çağını yaşayan italiyalı hücumçu Kristian Vyeri prezervativ biznesinə girişir. “Akuel Blues Sweet Years” adlı yeni prezervativin satışından əldə olunacaq gəlir gənclərin cinsi təhsilinin artırılmasına yönəldiləcək.

4. Dino Drpiç
Xorvatiya yığmasının və “Karlsrue”nin futbolçusu Dino Drpiç və onun həyat yoldaşı Nives Selsius həqiqətən də seks dünyasının öncüllərindəndir. Əvvəla ona görə ki, Selsius bir neçə dəfə məşhur jurnalların üz qabığı üçün soyunub. Bundan başqa, cütlük Zaqrebin mərkəzi stadionunun ortasında sekslə məşğul olublar. Bu hərəkəti ucbatından Xorvatiya “Dinamo”sundan qovulan Drpiçin növbəti arzusu isə… “Santyaqo Bernabeu” stadionunda cinsi əlaqədə olmaqdır. O, “Karlsrue” klubuna keçən kimi də səs-küy yaratdı. Drpiç həyat yoldaşı Selsiusun arzusunu nəzərə alaraq, yeni komandasında 69 nömrəli formada oynamaq istəyirdi. Ancaq klub rəhbərliyi bu rəqəmin çox erotik olduğunu əsas gətirib, futbolçuya başqa forma seçməyi məsləhət gördü. Xatırladaq ki, Drpiç Zaqreb “Dinamo”sunun heyətində 2007-ci ilin yayında Bakıda “Xəzər-Lənkəran”a qarşı çıxış edib.

5. Romario
Ötən il peşəkar karyerasını bitirmiş Romario təkcə 1000-dən çox qol vurmaqla yox, həm də təyyarədə sekslə məşğul olduğu üçün məşhurlaşıb. Əfsanəvi futbolçu Braziliya milli komandasının heyətində səfərə gedərkən, qeyri-adi hadisəni gerçəkləşdirib: “Yığmada oynadığım təzə vaxtlar idi. İsveçrəyə uçurduq və təyyarədə olan oldu…”

6. Bruno Kirillo
“Recina”nın müdafiəçisi Bruno Kirillonun arzusu əksəriyyətinə qəribə görünə bilər. O, futbolla vidalaşdıqdan sonra porno filmlərə çəkilmək istəyir. Bu arzusuna görə komanda yoldaşları onunla həmişə zarafatlaşırlar.

7. “Kopenhagen” klubu
Danimarkanın tanınmış “Kopenhagen” klubunun üzvlərinə maraqlı təklif edilmişdi. Komandanın sponsoru “BN Agentur” şirkətinin rəhbərliyi hər qələbə müqabilində futbolçulara ən çox tələbat olan porno filmlərin 2 diskinin hədiyyə olunacağını bildirmişdi. O zaman Danimarka qəzetləri yazırdı ki, “Kopenhagen” futbolçuları təklifdən məmnundurlar və bu vəddən sonra daha yaxşı oynayırlar.

8. Eva Roob
Almaniyanın qadınlardan ibarət “Nüremberq” klubunun üzvü Eva Roob peşəsini dəyişib, porno ulduza çevrilib. O, 23 yaşında olarkən, maddi amillər ucbatından porno filmlərə çəkilməyə başlayıb. Almaniyanın dayaq yarımmüdafiəçisi mövqeyində oynayan ən yaxşı qadın futbolçusu kimi tanınan Roobun səhnədəki adı Samira Sammerdir. “Futbol mənə çox uyğundur, amma maddi cəhətdən kifayət deyil. İndi porno sahəsindəki fəaliyyətdən məmnunam” - deyə Eva vurğulayıb.

9. Misir milli komandası
Bu seks qalmaqalı isə ötən ay baş verib. Misir yığmasının futbolçuları Cənubi Afrika Respublikasında təşkil olunmuş Konfederasiyalar Kubokunun qrup mərhələsinin ikinci turunda İtaliya üzərində qələbəni (1:0) qeyd etmək üçün otelə fahişə dəvət ediblər. Fahişələr oteldən ayrıldıqdan sonra misirli oyunçular otaqlarının oğrular tərəfindən qarət olunması barədə polisə şikayətləniblər. Onlar pullarının xüsusi oğrular tərəfindən aparıldığını zənn ediblər. Lakin araşdırma zamanı məlum olub ki, pulları elə fahişələr oğurlayıblar.

10. Deku
Portuqaliyalı Deku “Barselona”da oynadığı vaxt diqqət mərkəzinə düşmüşdü. O, Portuqaliya yığmasının heyətində Braziliyanı yoldaşlıq görüşündə məğlub etdikdən sonra 7 komanda yoldaşı ilə birgə Londonun gecə klublarından birinə baş çəkib. Futbolçular klubda striptiz izləyiblər. Ardından Deku gecəsi 1000 funt-sterlinq olan bir fahişə ilə xüsusi otağa girərək, sekslə məşğul olub.
0