“Evə qayıt, yalançı!” - FOTO
20.07.2009 - 12:44
“Evə qayıt, yalançı!” - FOTO
ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda oynayan məşhur ingilis futbolçu Devid Bekhem azarkeşlə söyüşüb. Apasport.az saytının məlumatına görə, keçmiş komandası “Milan”la yoldaşlıq görüşündə əsas heyətdə meydana çıxan 34 yaşlı yarımmüdafiəçini fanatlar ilk dəqiqələrdən fitə basıblar. Komandalar fasiləyə yollanarkən Devid azarkeşlərdən birinin üstünə qışqırıb. Meydanın yaxınlığında əyləşən həmin fanat da tribunadan tullanaraq, Bekhemin üstünə qaçmağa cəhd etsə də, mühafizəçilər onu saxlayıb.

2:2 hesabı ilə nəticələn görüşdə 75 dəqiqə meydanda olan Devid bir məhsuldar ötürmə edib. “Milan”la oyun zamanı “Los-Anceles Qelaksi”nin bir qrup azarkeşləri Bekhemin ünvanına “Evə qayıt, yalançı” kimi şüarlar asıblar. İngilis futbolçu 2007-ci ildə keçdiyi bu komandada 23 nömrəli formanı geyir. Devid bu ilin əvvəlində “Milan”da icarə əsasında çıxış etdi və mövsüm bitəndən sonra geri qayıtdı.
0