Avropanın 6 ən güclü klubundan biri Azərbaycandadır
20.07.2009 - 13:43
Avropanın 6 ən güclü klubundan biri Azərbaycandadır
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) futzal üzrə yığma komandaların və klubların reytinqini açıqlayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, həm milli komandamız, həm də “Araz” klubu reytinqdə irəliləyib. 7 pillə irəliləyən yığmamız 12-ci yerə yüksəlib. Son illərin dəyişməz çempionumuz olan Naxçıvan təmsilçisi isə 4 pillə irəliləyib və 6-cı yerdə qərarlaşıb.
0