“Beşiktaş” klubunun sabiq kapitanı dünyasını dəyişdi
20.07.2009 - 16:13
“Beşiktaş” klubunun sabiq kapitanı dünyasını dəyişdi
“Beşiktaş” klubunun sabiq kapitanı Vedat Okyar vəfat edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar bu gün səhər dünyasını dəyişib.
1945-ci ildə Bursada anadan olan Vedat “Bursaspor”, “Beşiktaş”, “Diyarbakirspor” və “Karagümrük” klublarının şərəfini qoruyub.

1968-1976-cı illərdə “Beşiktaş”da forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı.
0