Valdas İvanauskas qalır, yoxsa gedir?
21.07.2009 - 15:06
Valdas İvanauskas qalır, yoxsa gedir?
Litva Futbol Federasiyası (LFF) Azərbaycanda işə başlayan Valdas İvanauskasın gələcək taleyini müzakirə edəcək. Apasport.az saytının məlumatına görə, litvalı mütəxəssis Sumqayıtın “Standard” klubunu çalışdırmaqla yanaşı, öz ölkəsinin gənclərdən ibarət yığma komandasının sükanı arxasında qalır.

İvanauskas ölkəni tərk etdikdən sonra LFF onu yığmanın baş məşqçi postunda saxlayıb-saxlamamağı qərar verməlidir. Bununla bağlı Litvanın bütün yığma komandalarının rəhbəri Robertas Tautkas açıqlama verib: “Valdas eyni zamanda iki işin öhdəsindən gələ biləcəyini deyib. Onun sözlərinə görə, “Standard” yığmaya gedişinə əngəl olmayacaq. Ancaq əlbəttə ki, hər şeyi müzakirə etmək lazımdır”.

İvanauskasın Litvanın “Banqa” klubu ilə də müqaviləsi var. Bunu gizlətməyən təcrübəli mütəxəssis bildirib ki, qüvvədə olan həmin anlaşmada klubu müqavilənin müddəti bitəndən sonra tərk edə biləcəyi göstərilib. “Banqa”nın direktoru Neriyus Qalvanauskas Ivanauskasla bu ilin sonuna qədər müqavilələrinin olduğunu, bu, vaxtından əvvəl pozularsa isə kompensasiya məsələsinin gündəmə gəldiyini bildirib. “Standard”ın yeni çalışdırıcısı əvvəlki klubu ilə kompensasiya məsələsini ciddi problem saymayaraq, bunu həll edəcəyini bəyan edib.
0