Karles Puyol “Şakira”ya vurulub - FOTO
21.07.2009 - 16:02
Karles Puyol “Şakira”ya vurulub - FOTO
“Barselona” klubunun kapitanı Karles Puyol “Şakira”ya vurulub. Söhbət kolumbiyalı estrada müğənnisi Şakiradan yox, bolqarıstanlı model, “Şakira” ləqəbli Zdravka Zahovadan gedir.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu Zdravkaya İspaniyanın İbasa şəhərində keçirilən gözəllik müsabiqəsində valeh olub. Gözəlçənin bədən ölçüləri, cazibədarlığı Puyolu heyran qoyub. Onlar müsabiqədən sonra tanış olmağa da imkan tapıblar. Zdravka isə gözəllik müsabiqəsində birinci yeri tutaraq, yarışın sentyabrda baş tutacaq final mərhələsinə vəsiqə qazanıb.
0