Arvad futboldan gec qayıdan ərini bıçaqladı
21.07.2009 - 16:20
Arvad futboldan gec qayıdan ərini bıçaqladı
Malayziyada bir kişinin futbola sevgisi ona baha başa gəlib. Apasport.az saytının məlumatına görə, iyulun 18-də paytaxt Kuala-Lumpurda “Mançester Yunayted”lə Malayziya çempionatı yığmasının görüşünə baxmağa gedən ər evə gec qayıtdığından, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

“Kişi söz verib ki, matç başa çatdıqdan dərhal sonra evə qayıdacaq. Lakin onun evə gecəyarısı dönməsi arvadı qəzəbləndirib” - deyə polis rəisi Abdul Cəlil Həsən vurğulayıb.

Maraqlıdır ki, qadın ərini bıçaqladıqdan sonra özünü itirməyib və onu xəstəxanaya aparıb: “Qadın mətbəx bıçağı ilə kişinin sinə nahiyəsinə 2 zərbə endirib. Ardından onu xəstəxanaya çatdırıb. Həkimlər isə bu hadisə barədə polisə məlumat veriblər. Məlum olub ki, oyundan sonra kişi dostları ilə birgə olub. Buna görə də evə gec gəlib. Hazırda o, xəstəxanada müalicə olunur”.

Kuala-Lumpur polisi qadını saxlayıb. Ona qarşı ittiham irəli sürülüb-sürülməyəcəyi bilinmir.
0