Aleks Ferqyusson: ...Ronaldo günlərin birində geri dönəcək
21.07.2009 - 17:32
Aleks Ferqyusson: ...Ronaldo günlərin birində geri dönəcək
“Ronaldo bundan sonra hələ çox uğurlara imza atacaq. Çünki o, cəmi 24 yaşındadır. Onun ən yaxşı vəziyyətini görəcəyəm və bununla qürur duyacağam. Axı, Ronaldonun bu səviyyəyə yüksəlməsində bizim də rolumuz var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson deyib.

Dünya şöhrətli şotlandiyalı mütəxəssis mövsümlərarası fasilədə portuqaliyalı ulduz Kriştianu Ronaldonun “Mançester Yunayted”dən “Real”a transferinə münasibət bildirib. Ferqyusson bildirib ki, 24 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”dan ayrılması böyük itkidir: “Bu transfer bizim üçün böyük itkidir. Artıq komandamız əvvəlki kimi olmayacaq. Bəlkə də Ronaldo günlərin birində geri dönəcək. Düşünmürəm ki, “Real”da onun işləri yaxşı gətirməyəcək. Sadəcə, Kriştianu “Mançester Yunayted”i çox sevir, bu səbəbdən klubumuza qayıda bilər. O, komandamızda 6 il keçirdi və heç vaxt zədələnmədi. Hətta bir məşq belə buraxmadı”.
0